Bolkartdan Qurban Bayramı nağdlaşdırmasında komissiya faiz yarım artıb
Qurban Bayramı ərəfəsində “Bank of Baku” Bolkart sahibləri üçün nağdlaşdırma kampaniyası elan edir. 11-17 oktyabr 2013-cü il tarixləri arası kartdan pul çıxaran Bolkart sahibləri, dekabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Maksimal nağdlaşdırma məbləği 1000 manatdır. Nağdlaşdırmanın komissiya haqqı 4%-dir. Maraqlıdır ki, ötən il bu bayramda nağdlaşdırma komissiyası 2,5% idi.
Kampaniyada məqsəd Qurban Bayramında insanların nağd pula ehtiyaclarını qarşılamaqdır. “Bank of Baku” qarşıdan gələn Qurban Bayramı günlərində maddi rifah və bol süfrə arzu edir. Nağdlaşdırma kampaniyası zamanı aşağıdakı kart növlərinindən nağd pul çıxarmaq olar:
Adi Bolkart
MasterCard loqolu Bolkart
Nar-Bolkart və Bakcell Bolkart
Tərəfdaş şirkətlərin xüsusi Bolkartları (Embawood, NLT,WorldTelecom və s.)
Üzərində “500 AZN” olan adi və MasterCard loqolu Bolkart (müştərinin müsbət tarixçəsi formalaşandan sonra)
Hazırda 150. 000-dən çox Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir və bu rəqəm hər gün artır. Adi Bolkartdan minlərlər yerli dükanda,MasterCard loqolu Bolkartdan isə xarici ölkələrdəki MasterCard loqosu olan ticarət mərkəzlərində, həmçinin internetdə alış-veriş üçün istifadə etmək olar.—15D--
-
- Siyasət
- 11 Oktyabr 2013 16:07
-
- İqtisadiyyat
- 11 Oktyabr 2013 16:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz