Hərbi qulluqçulardan daha 25 nəfər dövlət vəsaiti hesabına mənzillə təmin olunub
Oktyabrın 10-da maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən iclasda mənzil növbəsinə qəbul olunmuş hərbi qulluqçulardan 25 nəfərin dövlət vəsaiti hesabına Bakı və Naxçıvan şəhərlərində mənzillə təmin olunmasına dair qərar qəbul edilib.
Maliyyə Nazirliyində Turan-a bildiriblər ki, 2011-ci ilin dekabrında prezidentin fərmanı ilə yaradılmış komissiya 462 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edib. Artıq 213 hərbi qulluqçunun mənzili onun mülkiyyətinə verilib.
Komissiyanın mütəmadi olaraq keçirilən iclaslarında 20 təqvim ilini dolduran və fərmanla müəyyənləşdirilmiş meyarlara cavab verən hərbi qulluqçular mənzil növbəsinə qəbul olunurlar. Qərar qəbul edilərkən döyüş bölgəsində xidmət etmiş və döyüşlərdə yaralanmış hərbçilər ilk növbədə nəzərə alınır. 08D
-
- İqtisadiyyat
- 11 Oktyabr 2013 16:12
-
- İqtisadiyyat
- 11 Oktyabr 2013 16:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz