Brent növlü neftin qiyməti 83 dollardan aşağı düşüb
Dünya bazarlarında neftin qiyməti növbəti dəfə ucuzlaşıb. Qərbi Avropamın Brent növlü neftinin noyabrda olan fyuçersləri oktyabrın 16-da bir barreli 82,91 ABŞ dollarına qədər ucuzlaşıb ki, bu da bir gün əvvəlki qiymətdən 87 sent aşağıdır. WTI növlü neftin bir barrelinin qiyməti 1,07 dollar ucuzlaşaraq, 80,71 dollara çatıb. Xəbəri dpa yayıb.
Neft qiymətlərinin ucuzlaşması bazarda təkliflərin həddindən artıq çox olması ilə bağlıdır. Dünyada neftin 40%-ni hasil edən OPEK ölkələri istehsalı artırır və qiymətləri azaldır. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz