Britaniyanın neft nəhəngi BP Xəzərdəki platformaların birində hasilatı dayandırıb
Britaniyanın neft nəhəngi BP Xəzərdəki platformaların birində planlaşdırılmış dayandırılması proqramı həyata keçirəcək, deyə çərşənbə axşamı BP Azerbaijan-ın mətbuat katibi bildirib. Mayın sonunda 3 həftəliyə Qərbi Azəri platformasında əməliyyatlar dayandırılacaq, deyə o bildirib.
SOCAR-dakı mənbə Reuters-ə bildirib ki, bu ayın sonunda Xəzərdə daha bir platformada plan üzrə texniki xidmət həyata keçiriləcək.
2015-ci ilin I rübündə Azərbaycanda neft və kondensat hasilatı 10,6 mln ton olub. Ötən ilin eyni dövründə bu göstərici 10,4 mln ton təşkil edib.
Azəri-Çıraq-dərinsulu Günəşli (AÇG) yatağında hasilat artımı ümumi hasilat artımı ilə nəticələnib.
Azərbaycanda neft və kondensat hasilatı 2013-cü ildə 43,1 mln ton, ötən il 41,9 mln ton olub. Qaz hasilatı 2014-cü ildə 29,2 mlrd kubmetrə çatıb.
2010-cu ildəki 51 mln tonluq pikdən sonra hasilatın azalması Bakının narahatlığına səbəb olub.
ВР və SOCAR 2013-cü ildə sakitlik yaratmağa çalışaraq bəyan etdilər ki, hasilat sabitləşib. 2013-cü ildə hasilat 2011-ci ildən sonra ilk dəfə artıb, amma ötən il yenə azalma olub.
Azərbaycan bu il 40,3 mln ton neft və 29 mlrd qaz hasil etmək istəyir, deyə Reuters bildirir.—0-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz