Bu gün Bakıda Caspian Air Cargo 2017 sammiti başlayır
Bakı/09.10.17/Turan: Oktyabrın 9-dan 11-dək Boulevard Hotel Baku otelində yeddinci Caspian Air Cargo 2017 beynəlxalq sammiti keçiriləcək. Panel müzakirələri http://www.caspianaircargosummit.com/program.html sabah başlayacaq.
Forumun işində dünya aviaşirkətlərinin 200-dək menecer və rəhbəri iştirak edəcək. Tədbirin məqsədi yük daşımalarının yeni imkanlarının müzakirəsi və bazarda daha perspektivli sahələrin müəyyən edilməsidir. Yük daşımalarının tendensiyaları və tez dəyişən işgüzar mühitdə proqnozlar üzrə diskussiyalar da olacaq, - deyə Silk Way Airlines aviaşirkəti bildirir.
Silk Way aviaşirkəti öz hava flotiliyasını 10 Boeing 747-yə çatdırıb. Onlar həfətdə 40-dan çox məntəqəyə daşımalar həyata keçirir. Silk Way Airlines-in tərəfdaşları Cargolux, SW Italy və Sky Gates Russia Airlines aviaşirkətləridir. 08D
-
- İqtisadiyyat
- 9 Oktyabr 2017 12:26
-
- Maliyyə
- 9 Oktyabr 2017 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz