Bu gün Baku Summer Energy School-2014 başlayır
İyulun 7-də Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və Dipliomatiya Akademiyasının təşkil etdiyi VIII Bakı Yay Enerji Məktəbi (8th Annual Baku Summer Energy School) çərçivəsində məşğələlər başlayır. O, məşhur alimləri, akademikləri, siyaəstçiləri birləşdirir.
Enerji və Ətraf Mühit Mərkəzində Turan-a bildiriblər ki, bu il Bakı Yay Enerji Məktəbində müxtəlif ölkələrdən 40 iştirakçı olacaq.
Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev və ARDNŞ vitse-prezidenti Xaliq Məmmədov çıxış edəcək.
Səhər sessiyası neft və qaz hasilatının geoloji aspektlərinə həsr ediləcək. Sessiyada hasilatın adi metod və tendensiyaları, qeyri-ənənəvi üsullar müzakirə olunacaq. Müzakirələrdə texnoloji işlər və onların ekoloji nəticələrinə də baxılacaq.
Tədbirdə ARDNŞ I vitse-prezidenti Xoşbəxt Yusifzadənin çıxışı da gözlənilir.
Sonra dinləyicilərə qaz sazişlərinin modelləşdirilməsindən danışılacaq.
Tədbirə Amerikanın ExxonMobil şirkəti dəstək verir. O, 1995-ci ildən Azərbaycanın ofşor layihələrinə cəlb edilib.
VIII Bakı Yay Enerji Məktəbi 18 iyulda başa çatacaq. –12В—
-
- İqtisadiyyat
- 7 İyul 2014 15:39
-
- Cəmiyyət
- 7 İyul 2014 16:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz