Bunyavirus virusu bu həftə aradan qaldırıla bilər
Azərbaycanda bunyavirus virusu aşkarlandığı qısa müddətdə simptomatik metodlarla 215 min iribuynuzlu mal-qara müalicə edilib. Dövlət Baytarlıq Xidmətinin müşahidəsi altında 3000 baş xəstə mal-qara qalıb, onlar bir neçə günə sağaldılacaq.
Nazirlər Kabineti 29 avqustda dövlət büdcəsinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinə profilaktik tədbirlər üçün 2 mln 350 min manat ayırıb. Vəsaitlə xüsusi avtomobillər, avadanlıqlar, müalicə preparatları və desinfeksiya vasitələri alınacaq.
DBX mətbuat katibi Yolçu Xanvəli Turan-a bildirib ki, bunyavirus virusu ölkədə iyul ayında yayılıb. Bu virus heyvanlar arasında transmissiya yolu ilə, yəni qansoran həşəratların sancması yolu ilə yayılır. «Bu virusun müalicəsinin elmi metodu yoxdur. Aşkarlandığı halda xəstəlik müddəti 2-3 gün çəkir», deyə o qeyd edib.
Xəstə heyvanın südündən istifadə etmək olmaz, halbuki virus 70-80 dərəcə istidə məhv olur. Müalocəe dilmiş heyvanın əti yeməlidir, deyə baytarlar bildirir.
DBX-nin 3000-dək heyəti var. 08B
-
- Siyasət
- 2 Sentyabr 2013 16:31
-
- İqtisadiyyat
- 2 Sentyabr 2013 17:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz