"Buta Sığorta" şirkəti mükafat portfelini diversifikasiya edir
"Buta Sığorta" şirkəti 1 mln manatlıq 630 müqavilə bağlayıb. Müqayisə üçün deyək ki, 1 avqusta kimi yeni «Royal Sığorta» 50 min manat yığıb.
Şirkətin İdarə Heyətinin sədri Abbas Babayevin sözlərinə görə, şirkətin aktivində 600 fiziki və 20 hüquqi şəxs var. Yəni “korporativ dostluq təzyiqlərindən” vətəndaşlarla işə keçid göz önündədir. Müqavilələr əsasən bu növlər üzrədir: KTS, avtomobillərin КАСКО sığortası, yük və əmlak sığortası.
Onun sözlərinə görə, belə yanaşma ilin sonuna kimi mükafat həcmini 2,5 mln manata çatdırmağa imkan verəcək. Mənfəətin çoxu kapitallaşma artımına yönəldiləcək. Avqustda səhmdarların qərarı ilə 1,5 mln manat nizamnamə kapitalı artımına yönəldilib. Ödənilmiş nizamnamə kapitalı 5,8 mln manatdır.
"Buta Sığorta" ("Thames Insurance Group") 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 17 könüllü, 3 icrabi sığorta növü üzrə xidmət göstərir.
Nizamnamə kapitalı 7 mln manatdır. Turan-ın əvvəllər məlumat verdiyi kimi, “Buta Sığorta”nın 6 səhmdarı var - Qafqaz Lizinq, Baku Electronics, Bank of Baku, Baku Service Company, Auto Azerbaijan (hərəsi 19%), NAB Holding 5%.
Bu ilin yanvar-iyulunda şirkətin mükafatları 565 min manat, ödənişləri 91,2 min manat olub. --17D—
-
- İqtisadiyyat
- 12 Sentyabr 2012 16:05
-
- Siyasət
- 12 Sentyabr 2012 16:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz