BVF Azərbaycanın sabit ÜDM-ni 4,5% hüdudunda proqnozlaşdırır
Beynəlxalq Valyuta Fondu 2014-cü il üçün dünya iqtisadiyyatı üzrə düzəldilmiş proqnozları (World Economic Outlook, WEO) açıqlayıb. Fond 2014-cü ildə ÜDM artışı proqnozunu 3,3%-ə qədər azaldıb (aprel ayı üzrə qiymətləndirmə 3,7%, iyul üzrə 3,4% olub). 2015-ci ildə fond iyulda proqnozlaşdırılan 4%-ə qarşı 3,8% artış gözləyir.
Hesabatda qeyd edilir ki, geosiyasi qeyri-müəyyənliklə əlaqədar MDB iqtisadiyyatı ciddi problemlərlə qarşılaşır.
Geosiyasi gərginlik Rusiyanın investisiya cazibəsini azaldıb və bu ölkədə işgüzar əminliyi azaldıb. Ukraynadakı böhran getdikcə dərinləşir, istehsalatı və ixracatı azaldır. Qafqazın bəzi ölkələrinin və Mərkəzi Asiyanın Rusiya ilə iqtisadi əlaqələrini nəzərə alsaq, ticarət və pul köçürmələri zəifləyib.
Bu zaman Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Rusiya, Ukrayna və Belarusdakı vəziyyət fonunda yaxşı göstəricilər nümayiş etdirir, burada ÜDM artışı 0-1,5% arasında dəyişir.
Ən yüksək artış Türkmənistandadır - 2014-cü ildə 10,1%, 2015-ci ildə 11,5%. Özbəkistan 7,0 % (6,5%), Tacikistan 6% (6%), Gürcüstan 5,0% (5%), Qazaxıstan 4,6% (4,7%), Azərbaycan 4,5% (4,3%), Qırğızıstan 4,1% (4,9%), Ermənistan 3,3% (3,5%).
Azərbaycanda inflyasiyanın orta həddi 4,95%-dən 4%-ə qədər azaldılıb. 2015-ci ildə bu göstərici 3% olaraq proqnozlaşdırılır. -0-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz