Cəlbedici «pensiya» əmanəti
Beynəlxalq Bank noyabrın 1-dək 6,1 min «pensiya» əmanəti qəbul edib.
Rəsmi məlumata görə, məhsulun tarixi ötən ilin sonundan başlayıb. Bu müddətdə əmanət həcmi 213,3 min təşkil edib. Özəl pensiya fondları olmadığı üçün ekspertlər bu yeniliyin ömrünün uzun olacağını bildidir. Maraqlıdır ki, hökumət özəl pensiya fondları yaratmağa hazırlaşmır.
AMB-nin məlumatına görə, «pensiya» əmanəti 15 illikdir. Əmanətçi 50 yaşda pensiyaya çıxa bilər. Bu zaman 15 ildə yığılan məbləğ iki dəfə artır. Ayda 100 manat ayrılsa, 15 ildə məbləğ 18 min manata çatır. Bank bura 18 min 107 manat əlavə edir = 36,107 min manat. Əmanət 32 illiyə yerləşdirilsə məbləğ 5 dəfə artır.
Ənənəvi pensiya sistemindən fərq ondadır ki, əmanətçi vəfat etsə,yığım faizlə birgə varisinə verilir.
ABB 1992-ci ildə yaradılıb. Səhmlərinin 50,2%-i dövlətə məxsusdur. --17D—
-
- İqtisadiyyat
- 6 Noyabr 2014 15:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz