"Cənub Qaz Dəhlizi"nin tikintisi Azərbaycanda və Türkiyədə plan üzrə gedir
"Cənub Qaz Dəhlizi"nin tikintisi Azərbaycanda və Türkiyədə plan üzrə gedir, deyə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib.
"Bakıdakı danışıqlarımdan aydın oldu ki, tikinti cədvəl üzrə gedir. "Hər iki ölkə hakimiyyəti ilə təmaslarımız zamanı təminat aldım ki, onlar "Cənub Qaz Dəhlizi" çərçivəsində layihələrin yaradılmasına sadiqdirlər", deyə o jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Türkiyə Aİ-dən xahiş edib ki, qazın Aİ-nin qaz nəqliyyat sisteminə daxil olmasına hazırlığı təmin etsinlər. "Biz vəd verdik", - deyə AK vitse-prezidenti bildirib.
Uzunluğu 3600 km olan "Cənub Qaz Dəhlizi" ilə ildə 16 mlrd “Şahdəniz” qazı nəql ediləcək. Bunun 6 mlrd kubmetri Türkiyənin daxili bazarı üçün nəzərdə tutulub. –12D--
-
- İqtisadiyyat
- 10 Dekabr 2014 12:26
-
- İqtisadiyyat
- 10 Dekabr 2014 12:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz