ARDNŞ 11 ayda planı 93,5% yerinə yetirib
2014-cü ilin yanvar-noyabr aylarında ARDNŞ dövlət büdcəsinə 1 mlrd 706 mln 921 min manat vergi ödəyib. Bu, 2013-cü ilin analoji dövrünün göstəricisindən 14,8% çoxdur.
Qeyd edək ki, 2014-cü ildə ARDNŞ-nin dövlət büdcəsinə vergi ödənişləri üzrə planı 1 mlrd 825 mln manat müəyyən edilib.
Yəni ARDNŞ 11 ayda planı 93,5% yerinə yetirib.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, şirkət noyabr ayında dövlət büdcəsinə 142 mln. 373 min manat vergi ödəyib.
2014-cü ilin yanvar-noyabr aylarında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişlər 129 mln 534 min manat təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 12,4%).
Noyabrda şirkət DSMF-yə 10,618 mln manat məbləğində ödəniş həyata keçirib.
2013-cü ildə ARDNŞ-nin dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd 574 mln 437 min manat təşkil edib. –12D--
-
- İqtisadiyyat
- 10 Dekabr 2014 12:32
-
- İqtisadiyyat
- 10 Dekabr 2014 12:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz