Çexiya ilə əmtəə dövriyyəsinin strukturu dəyişilməlidir
Çexiya sahibkarları Azərbaycan iqtisadiyyatına $1 mlrd-dan çox vəsait qoyub, - deyə bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıdakı biznes forumunda bildirib.
Onun sözlərinə görə, Çexiya bankları Azərbaycanda 6 iri layihənin maliyyələşdirilməsində iştirak edirlər. Onların ümumi dəyəri $2 mlrd.-a yaxın təşkil edir. Bu layihələrdə Çexiya şirkətləri podratçı qismində iştirak edirlər”, - deyə Ş.Mustafayev qeyd edib.
Bu gün Azərbaycandan Çexiyaya ixracatın çoxu neft və neft məhsullarının payına düşür. 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfə, 2015-ci ilin yanvar ayında isə dəfələrlə artıb. Amma biz ticarət dövriyyəsinin siyahısını genişləndirməliyik - deyə nazir vurğulayıb.
Mustafayev əlavə edib ki, ölkələr arasında möhkəm normativ hüquqi baza var, iqtisadiyyat üzrə 23 saziş imzalanıb. --17D—
-
- İqtisadiyyat
- 3 Mart 2015 13:31
-
- Cəmiyyət
- 3 Mart 2015 14:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz