"Chartis Azerbaijan" illik hesabatını açıqlayıb
Ötən il "Chartis Azerbaijan"ın aktivləri 4% artaraq 9 mln 151,31 min manata çatıb.
Şirkətin gəlirləri 1 mln 787,82 min manat olub. Bunun hamısı sığorta haqlarıdır. Banklardakı depozit həcmi 1,5 dəfə artaraq 5 mln 403,84 min manata çatıb.
Başqa şirkətlərdən fərqli olaraq, xalis sığorta ehtiyatları artıb - 761,95 min manat. 2012-ci ildə bu göstərici 143,65 min manat – 2011-ci ildəkindən 3 dəfə çox idi.
Ötən il şirkətin xərcləri 1,64 mln manat olub. Əsas xərclər sığorta ödənişləri - 129,64 min manat, sığorta işinin aparılması xərcləri – 672,2 min manat, təkrarsığorta riskləri - 333,17 min manatdır. Şirkətin öhdəlikləri 8% artaraq 2 mln 512 min manat təşkil edib.
Chartis Azerbaijan yerli bazarda 1999-cu ildən xidmət göstərir.
Şirkətin nizamnamə kapitalı 6,786 mln manatdır. 15 oktyabr 2010-cu ildə dövlət qeydiyyatından keçib. Əvvəllər sığorta şirkəti 49 faizlik Amerika kapitalı ilə fəaliyyət göstərirdi. Hazırda 100% Britaniya kapitallıdır. Şirkət 10 sığorta növü üzrə xidmət göstərir. --17D—
-
- Siyasət
- 1 May 2013 13:04
-
- Sual-cavab
- 1 May 2013 14:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz