Chartis Azerbaijan nominal qiymətinə satılıb
“AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhmlərini alıb. Əqdin qiyməti 6,5 milyon dollardır.
B barədə jurnalistlərə açıqlamasında “AzRe”nin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov bildirib.
Onun sözlərinə görə, hazırda şirkətin yeni strategiyasının hazırlanması, yeni ad seçimi prosesi gedir. Çox güman ki, sığorta şirkəti əsasən korporativ seqmentdə fəaliyyətini davam etdirəcək. “AzRe”nin Azərbaycanda digər sığorta şirkətlərinin alınmasına investisiya yatırmağı planlaşdırılmır.
“Chartis Azerbaijan” “American International Group, Inc.” (AIG Inc.) şirkətinin törəməsi olub və 1999-cu ilin yanvar ayından etibarən Azərbaycanda fəaliyyət göstərib. “Chartis Azerbaijan”ın nizamnamə kapitalı 6 mln 786,5 min manata bərabərdir. Hazırda “AzReTəkrarsığorta” Azərbaycanda həyat sığortası üzrə fəaliyyət göstərən "Qala Həyat" şirkətinin də səhmdarıdır. --17D—
-
- Siyasət
- 16 Oktyabr 2015 01:04
-
- İqtisadiyyat
- 16 Oktyabr 2015 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz