Çin aviadaşıyıcısı əlavə təkliflər paketi ilə Bakıya qayıdıb
İyulun 3-də Çinin China Southern Airlines aviaşirkəti Bakı-Urumçi-Quançjou və geryə marşrutu üzrə müntəzəm reyslərlə Azərbaycan bazarına qayıdır.
Bugünkü mətbuat konfransında şirkətin Urumçi filialının direktor müavini Çin Li Xon jurnalistlərə biildirib ki, 2006-2015-ci illərdə onlar Urumçiyə müntəzəm reyslər həyata keçirib, amma manatın devalvasiyası bizneslərini sərfəsiz edib. Aviadaşıyıcı proqramını dəyişməklə yanaşı, reysə sahibkarlar üçün populyar olan Quançjounu da əlavə edib.
«Reyslər «Boeing 737» təyyarələri ilə olacaq. Bakı-Urumçi reysi 260 avro (ora-geriyə), Bakı -Quançjou 280 avro təşkil edir. Uçuşlar həfətədə iki dəfə çərşənbə və bazar günü olacaq. Bakıdan uçuş 23:05 (yerli), Urumçiyə çatma 09:40, Quançjouya çatma vaxtı 21:05. Quançjoudan uçuş 12:50, Urumçiyə çatma 20:10, Bakıya çatma 21:05. Təyyarə Bakıdan Urumçiyə gedəcək, 2 saat fasilədən sonra Quançjouya uçacaq. Layihənin uğuruna inanırıq, çünki Azərbaycan turistləri üçün Urumçi, Quançjou, eləcə də Banqkok, Manila və Sinqapuragetmək imkanı yaranacaq», - deyə Ç.Xon bildirib. --17D—
-
- Cəmiyyət
- 11 İyun 2016 13:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz