Çindən növbəti qrant
Çin iqtisadi əməkdaşlığın inkişafı üçün Azərbaycana 30 mln yuan ($4,5 mln) qrant ayıracaq.
Nazirlər Kabinetinin məlumatına görə, bu barədə müqaviləni baş nazirin müavini Abid Şərifov və ÇXR səfiri Honq Jiuyin imzalayıb. Bu, ölkələr arasında 11-ci qrant müqaviləsidir. İndiyədək məbləği 41 milyon dollar olan 10 texniki-iqtisadi əməkdaşlıq sazişi imzalanıb. Onların arasında 2012-ci ildə Çin istehsalı olan 163 kommunal təyinatlı nəqliyyat vasitəsinin, 2014-cü ildə isə 155 yeni texnikanın ölkəmizə gətirilməsini qeyd etmək olar. --17D—
-
- İqtisadiyyat
- 10 Dekabr 2014 12:14
-
- İqtisadiyyat
- 10 Dekabr 2014 12:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz