Nazirliklər üçün müsabiqə
2015-ci ildə iqtisadi tədqiqatlar üzrə layihələrin maliyyələşdirilməsi üçün nazirlik, idarə və təşkilatlardan ərizələrin qəbuluna başlanılıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin saytında deyilir ki, layihələrin seçimi üç istiqamətdə həyata keçiriləcək: ortamüddətli və uzunmüddətli layihələrin və normativ sənədlərin hazırlanması; tövsiyyələrin təhlili və hazırlanması; kompyuter-texniki bazanın yaradılması.
Bir layihənin dəyəri 50 min manatı ötməməlidir və layihənin icrası 2015-ci il dekabr ayından gec olmayaraq başa çatmalıdır.
Bu layihə və tədqiqatlar 2015-ci il üçün dövlət büdcəsindən maliyyələşəcək. Müsabiqə üzrə təkliflərin qəbulu 7 yanvar 2015-ci ildə başa çatır. --17D—
-
- İqtisadiyyat
- 10 Dekabr 2014 12:16
-
- İqtisadiyyat
- 10 Dekabr 2014 12:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz