CredAgro yanvar-oktyabrda kredit portfelini 10% artırıb
"CredAgro" MMC qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli bu ilin 10 ayında $3 mln və ya 9,3% artaraq $35,13 mln olub.
Portfelin strukturunda mikrokreditlər 95,7%-dir.
Cəmiyyətin aktivləri $2,67 mln və ya 7% artaraq $41,15 mln olub. Müştəri bazası 5,8% azalaraq 17,8 min nəfər təşkil edib.
Problemli kreditlərin payı 0,46 f.b. azalaraq 0,52%, mikrokreditləşmədə 0,44 f.b. azalaraq 0,54% olub.
Fəaliyyəti dövründə təşkilat $317,14 mln kredit, o cümlədən $316,96 mln mikrokredit verib.
"CredAgro" 3 aydan 60 aya kimi kredit verir. Kredit məbləği $500-$120 000 olur. Kənd təsərrüfatı kreditləri üzrə faiz dərəcəsi 24%, ticarət və biznes üzrə 25-28%, istehlak kreditləşməsi üzrə 30-36%, ekspress kreditlərdə 36%, lizinqdə illik 25%-dir. --15B—
-
- İqtisadiyyat
- 18 Dekabr 2013 16:42
-
- Siyasət
- 18 Dekabr 2013 16:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz