Cümə günü AİF istiqraz buraxılışının son partiyasını satışa çıxaracaq

23 avqust 2013-cü ildə Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) 3 mln manat həcmində faizli sənədsiz, təminatlı, adlı istiqrazlarının yerləşdirilməsi başlayacaq. 

AİF-in məlumatına görə, istiqraz satışı açıq abunə yolu ilə olacaq. On illik kağızlar satışa 100,4833% qiymətlə qoyulacaq. Tələb təklifdən çox olsa, bütün sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı kimi AMB çıxış edəcək. Fond bu qurumun nəzdində fəaliyyət göstərir. 

Fondun 40 mln manatlıq adlı istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2012-ci ilin dekabrında qeydiyyata alınıb. İstiqrazların nominal qiyməti 1 000 manat, faiz dərəcəsi illik 3%, silinmə tarixi 6 noyabr 2022-ci ildir. Bu günədək emissiyanın 92,5%-i (37 mln manat) yerləşdirilib. 

2009-2012-cu illərdə Fond 55 mln, 75 mln və 60 mln, 20 mln və 30 mln manatlıq emissiya yerləşdirib. --15D--

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti