Daha bir maliyyə strukturu iflas ərəfəsindədir
«Westmark Financial Leasing» investisiya şirkətinin müflis olması barədə iş №1 Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.
Məhkəmə instansiyasının məlumatına görə, bu mərhələdə şirkəti hakim Vüsalə Baxışova müflis elan edəcək. Müflislik barədə kargüzarlıq işi başlayıb, 18 noyabrda ilk dinləmə olacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu il məhkəmə qərarı əsasında 10 bank, 3 sığorta şirkəti və bu qədər BOKT-u maliyyə sahəsinin 30% daralması ilə bağlı müflis elan edilməsini təsdiqləyib. --17D—
-
- İqtisadiyyat
- 14 Noyabr 2016 14:10
-
- İqtisadiyyat
- 14 Noyabr 2016 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz