Daha üç bank birləşir
Üç kommersiya bankının - "NBC Bank", "Parabank" və "KredoBank"ın birləşdirilməsi üzrə niyyət protokolu imzalanıb.
AMB-nin məlumatına görə, "NBC Bank"ın niyyətini və kapitalın artırılması üçün banka əlavə vəsaitin qoyulmasını nəzərə alaraq AMB "NBC Bank”ın lisenziyasının geri alınması barədə 25 yanvar tarixli qərarını ləğv edib.
"NBC Bank" yeni vəsaitlərin hesabına əhali qarşısındakı vaxtı keçmiş öhdəliklərinin icrasına başlayıb. Üç bankın konsolidasiyası prosesi başa çatana qədər "NBC Bank" AMB-nin ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək.
Bundan öncə Demirbank və AGBank birləşdiyini bəyan edib.–06D-
-
- İqtisadiyyat
- 3 Fevral 2016 12:59
-
- Cəmiyyət
- 3 Fevral 2016 14:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz