Daşınmaz əmlak üzrə əməliyyatlar dörddə bir azalıb
Bu ilin iki ayında Azərbaycanda 23 918 daşınmaz əmlak obyektinə hüquq qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövründəkindən 25,7% azdır, deyə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat verir (http://goo.gl/T7iZXv).
İlin əvvəlindən ilkin daşınmaz əmlak bazarında əməliyyatlar (6 640) 20,3%, təkrar bazarda əməliyyatlar (17 278) 27,6% azalıb.
Bu il yalnız qeyri-yaşayış obyektləri (590 əqd, +12%) və çoxillik bitkilər olan torpaq sahələri (17 əqd, +30,8%) üzrə hüquqların qeydiyyatı artıb. Qalan daşınmaz əmlak növləri üzrə aktivlik azalıb.
Bu ilin yanvar-fevralında ölkədə 4 638 fərdi ev və bağ sahəsi (-28%), 7 082 mənzil (-5,6%), 11 040 torpaq sahəsi (-34,3%), 436 qeyri-yaşayış evləri (40,9%) və 5 çoxmərtəbəli binaya (-44%) olan hüquq rəsmiləşdirilib.
Daşınmaz əmlakla əməliyyatların üçdə biri (7 950) Bakının payına düşür.
2014-cü ildən müşahidə edilən dərin iqtisadi və maliyyə böhranı ilk növbədə daşınmaz əmlak bazarına zərbə vurub: tələbat azalıb, daşınmaz əmlakın qiyməti ucuzlaşır. 08B
-
- Mədəniyyət
- 15 Aprel 2016 10:50
-
- Cəmiyyət
- 15 Aprel 2016 11:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz