Daşınmaz əmlakın icbari sığortası üzrə mükafatlar kəskin azalıb
İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2016-cı ilin fevral ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 755,887 min manat (mənfi 80%) məbləğində sığorta haqqı əldə ediblər. İSB-nin məlumatına görə, ötən ay Büro üzvləri bu sığorta növü üzrə 5,904 min sığorta müqaviləsi bağlayıblar. Bu, 2015-ci ilin analoji dövrünün göstəricisindən 56% azdır.
Fevralda bağlanmış müqavilələrin 64,01%-i yaşayış evləri və mənzillərin, 0,98%-i inzibati binaların, 35,01%-i digər daşınmaz əmlakın payına düşüb.
Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus tikililərə, yaşayış və qeyri-yaşayış sahələrinə, yaşayış evləri, binaları və mənzillərə, habelə dövlət əmlakına şamil edilir. Bununla yanaşı, elektrik naqillərində baş verən qısaqapanma, yanğın, partlayış, su və kanalizasiya sistemində qəzalar, təbii fəlakətlər və s. ilə bağlı olan faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan və Sumqayıtda 20 min manat, digər yaşayış məntəqlərində 15 min manat təşkil edir. Tarif sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Azərbaycanda 13 sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası üzrə lisenziyaya malikdir. --17D—
-
- Söz istəyirəm
- 3 Mart 2016 13:26
-
- Cəmiyyət
- 3 Mart 2016 14:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz