Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta müqavilələrinin sayı 43% artıb
2017-cı ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7 535 sığorta müqaviləsi bağlanılıb, deyə İcbari Sığorta Bürosu bildirir.
Turan-ın məlumatına görə, bu müqavilələr üzrə yanvarda 2,6 mln manat sığorta haqqı yığılıb.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,7%-i yaşayış evləri və mənzillər, 0,4% -i inzibati binalar, 29,9%-i isə digər daşınmaz əmlakla bağlı olub.
2016-cı ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 43% artım, sığorta haqlarının məbləğində isə 55% faiz azalma olub. 71D
-
- Cəmiyyət
- 10 Fevral 2017 15:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz