Davos Forumunun iştirakçıları Bakıda Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyasına səs verir
Bakıda bazar ertəsi açılmış iki günlük Ümumdünya İqtisadi Forumu (Davos forumu) davam edir.
Forumun icraçı direktoru Klaus Şvab bildirib ki, tədbirə yalnız siyasi sabitlik və cəmiyyətin inkişafı şəraitində əldə oluna biləcək regional əməkdaşlıq rəng qatır.
Onun sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun təkcə təbii sərvətlər deyil, həm də yaxın on ildə dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edəcək insan resurslarına görə böyük potensiala malikdir.
İqtisadçı hesab edir ki, bugünki tədbir sayəsində Cənubi Qafqaz və Mərkəzi Asiyanın ümumi inkiaşf ssenarisinin işlənib hazırlanması mümkün olacaq.
Forumun işi zamanı iştirakçılar arasında regionun gələcəyi üzrə səsvermə keçirilib. Demək olar ki, iştirakçıların üçdə ikisi (62,3%) inteqrasiyanın lehinə, 22% regionların parçalanmasının və cəmi 15,7% qütbləşməsinin lehinə səs verib.
Forum çərçivəsində aşağıdakı mövzularda sessiyaların keçirilməsi nəzərdə tutulur: Energetika və təbii sərvətlər”, “Sahibkarlıq və insan kapitalı”, “Maliyyə və uzunmüddətli investisiya”, “Ticarət və ixracat”, “Azərbaycanın görüşü: yeni iqtisadiyyata doğru” və s.
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi haqqında qərar yanvarın 23-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin DİF icraçı sədri Klaus Şvabla görüşündə əldə olunub. -0-
-
- Siyasət
- 8 Aprel 2013 17:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz