DB Direktorlar Şurası Azərbaycan üçün yeni krediti təsdiq edib
Bankının Direktorlar Şurası Azərbaycanda İkinci Kənd İnvestisiyaları layihəsini maliyyələşdirmək üçün tələb olunan 30 milyon ABŞ dolları həcmində kredit barədə qərarı təsdiq edib. Bankın qiymətləndirməsinə görə, layihənin nəticəsində Azərbaycanda təxminən 1,5 milyon kənd sakini infrastruktura və sosial xidmətlərə daha yaxşı çıxış əldə edəcək.
DB-nin Bakı ofisində Turan-a deyiblər ki, layihənin ümumi qiyməti 53, 6 milyon ABŞ dollarıdır və bunun 23,6 milyonu hökümətin payına düşür.
Yeni layihə ötən layihələrin uğuruna əsaslanır. Onlar 600 min fermerin gəlirlərinin artırılmasına, 700 min nəfəri əhatə edən irriqasiya xidmətinin təkmilləşdirilməsinə və 150 min kənd sakininin təmiz içməli su ilə təmin edilməsinə imkan yaradıb. 08D
-
- İqtisadiyyat
- 6 İyul 2012 19:41
-
- İqtisadiyyat
- 6 İyul 2012 20:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz