Dövlət Taxıl Fondu üçün taxıl alınır
Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Material Ehtiyatları Agentliyi (DMEA) bu gün elan edib ki, Dövlət Taxıl Fondu üçün keyfiyyətli taxıl alır. Konkret həcm barədə məlumat verilmir. Hərçənd məlumdur ki, yerli fermerlər DTF-nin tələbini ödəyə bilməyəcək, çünki o, çox yüksəkdir.
Fond 4 ildir fəaliyyət göstərir və bu illərdə onun tələbatı istənilən qiymətə idxal hesabına təmin edilib. Bu il fermerlərə təklif edilir ki, buğdanın tonunu 230 manata satsınlar. Təkliflər 1 sentyabra kimi qəbul edilir. Buğda DMEA-nın iki elevatorunda, eləcə də Bakı və regionlarda seçilən unüyütmə kombinatlarında qəbul edilir.
Kənd Təsərrüfatı Nazirliyinin 2 iyul üçün məlumatına görə, ölkədə 1 584,5 min ton taxıl yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 24,1% çoxdur. Buğdanın həcmi 940 min ton olub. Bir hektardan məhsuldarlıq 26,4 sentnerdir. Bu, ötən ilin eyni dövründəkindən 2,2 s çoxdur. Buğdanın məhsuldarlığı isə 27,1 s (+2,4 s) olub. Bu il 986,6 min ha sahədə taxıl əkilib. Bu, 2011-ci ildəkindən 4,4% çoxdur. Kənd Təsərrüfatı Nazirliyi 2,7 mln ton taxıl istehsdalı proqnozlaşdırır. Ölkənin taxıla tələbatı isə 3,6 mln tondur. 08B
-
- İqtisadiyyat
- 6 İyul 2012 20:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz