Standartlaşdırma Komitəsi 13 sahibkarın istehsal fəaliyyətinə qadağa qoyub
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı və regionlarda fiziki və hüquqi şəxslərə məxsus 13 sənaye obyektinin istehsal fəaliyyətinə qadağa qoyub.
SMPDK mətbuat xidmətində Turan-a deyiblər ki, sərinləşdirici və alkoqolsuz içkilər, süd məhsulları, çörək-bulka və karamel sexlərində ciddi pozuntular aşkarlanıb. Məsələn, Xətai rayonundakı "Amal" firmasında süd sexi texnoloji təlimatsız işləyir. Məhsulun resepti, sanitar norma və qaydalara əməl edilmir. “DMC Kompany” MMC texnoloji təlimat və resepturasız işləyir. Alkoqolsuz içkilər və şirələrin istehsalı zamanı mənşəyi bilinməyən konsentratlardan, sintetik boyaq maddələri və aromatlardan istifadə olunur. Amma markada onlar meyvə şirəsi adlanır. İstifadə ümddəti isə normativə uyğun deyil.
SMPDK indiyədək “Gilan Qəbələ Konserv Zavodu”, “Qafqaz Konserv Zavodu”, “Az-Geanata”, “PAI-Sud”, “Milk-Pro” kimi ərzaq malları bazarında üstün mövqeyə malik müəssisələrdə yoxlamaların nəticələri barədə ictimaiyyətə məlumat verməyib. --08D—
-
- İqtisadiyyat
- 6 İyul 2012 20:47
-
- Cəmiyyət
- 7 İyul 2012 11:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz