İyun ayinda IMB-da qiymətlər dəyişməz olaraq qalib
İyun ayında Paytaxtin İlkin Mənzil Bazarında (İMB) qiymətlər dəyişməz olaraq qalıb. Eyni vəziyyət Respublikanın digər böyük şəhərlərində də müşahidə edilmişdir. Hal hazırda İMB-da orta qiymət indeksi 1 kv.metr üçün təxminən 822 manat civarında qərarlaşıb. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin hesablamalarına görə ötən ilin müvafiq dövrü ilə müqaisədə qiymət azalması-2,1%, 2008-ci ilin sentyabr ayına nisbətdə isə- -28,9% qeydə alınıb. Ay ərzində ən cəlb edici rayonlar Yasamal, Xəyai və Nəsimi rayonları оlmuşdur. Qeyd edilən üç rayon, aparılan tikinti işlərinin həcminə görə ümumi tikinti portfelinin 2/3-ni təşkil edir.
Bu sahədə çalışan mütəxəssislər qeyd edirlər ki, İMB-dakı aktivlik TMB-na nisbətən daha aşağıdır. İMB-da çalışan mütəxəssislərdən biri vəziyyəti belə şərh eydi: “TMB-da sahibkarlar öz maddi ehtiyaclarını ödəmək üçün mənzillərin ekspozisiya müddətini özləri müəyyənləşdirirlər. İMB-na təsir göstərən seqmentlər az olduğu üçün burada qiymətləri süni saxlamaq daha asandır. Hal-hazırda İMB-da satışa çıxarılan mənzillər real qiymətləndirməni əks etdirmir”. İMB-da süni qiymətləndirmənin, inhisarçılığın və digər problemlərin də mövcud olduğu vurğulanır.
Yaxın günlərdə İMB-da sabitliyin davam edəcəyi proqnozlaşdırılır.
-
- Cəmiyyət
- 6 İyul 2012 18:58
-
- İqtisadiyyat
- 6 İyul 2012 20:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz