DB kənd investisiyaları layihələrinə əlavə maliyyə ayırıb
Dünya Bankının İcraçı Direktorlar Şurası “Azərbaycan Kənd İnvestisiyaları Layihəsi 2” üçün əlavə $50 mln krediti təsdiq edib.
DB-nin Bakı Ofisində Turan-a deyiblər ki, əlavə maliyyələşdirmə çərçivəsində 670 əlavə mikro-infrastruktur layihəsi dəstəklənəcək. Əlavə maliyyələşdirmə bu fəaliyyətlərin məcburi köçkünlərin həssaslığının azaldılması və inkişafın gücləndirilməsi məqsədilə onların sıx məskunlaşdığı yeni regionları da əhatə etməsinə imkan yaradacaq
İlkin layihənin ($53,6 mln, DB-nin kredito $30 mln) icrasından 600-dən çox icmanın 1,5 milyon üzvü faydalanıb. Layihə çərçivəsində 2000 km-dən artıq icmalararası yol bərpa edilib. Həmçinin yerli suvarma və drenaj sistemlərinin təkmilləşdirilməsi 700 mindən artıq fermer üçün müsbət təsirə malik olub. Onların orta məhsuldarlığı 30 faiz artıb.
“Azərbaycan Kənd İnvestisiyaları Layihəsi” müxtəlif kollektiv infrastruktur layihələrinə $55 min ayrılmasını nəzərdə tutur. İcmalar maliyyələşmədə 10% payla, işçi qüvvəsinin 8%-i ilə iştirak edir. --08D—
-
- İqtisadiyyat
- 10 İyul 2014 15:41
-
- Cəmiyyət
- 10 İyul 2014 17:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz