Dekabr gömrükçülər üçün ən çətin ay olacaq
Planlı öhdəliklərə görə, Dövlət Gömrük Komitəsi dekabrda dövlət büdcəsinə xarici ticarət əməliyyatları üzrə 198 mln. 899 min manat köçürməni təmin etməlidir. Aylıq diapazonda bu həcmdə gömrük yığımı hələ olmayıb.
DGK-nın məlumatına görə, bu ilin noyabrında idxal rüsumu və vergi üzrə xarici ticarət əməliyyatlarının iştirakçıları tərəfindən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi 132,6 mln manat təşkil edib ki, bu da oktyabrda olduğundan 1,7 mln. manat azdır.
Bu ilin 11 ayında toplanmış gömrük rüsum və vergilərin həcmi 1 mlrd. 391,1 mln. mMnat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur.
2015-ci ilin dövlət büdcəsində gömrük rüsum və vergilər üzrə plan-proqnoz 80 mln. manat artırılaraq 1 mlrd. 590 mln. manat səviyyəsində təsdiqlənib.
Ekspertlər qeyd edirlər ki, Azərbaycana bir çox istehlak mallarının daşınması üzrə inhisar DGK rəhbərliyi səviyyəsində dəstəklənir. Bu qurumda korrupsiya təkcə gömrük vergisinin tam toplanmasına yox, həm də neft ixracından gəlirlərin azaldığı bir vaxtda iqtisadiyyatın liberallaşmasına təsir edir. 08D
-
- İqtisadiyyat
- 14 Dekabr 2015 14:13
-
- Cəmiyyət
- 14 Dekabr 2015 14:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz