Dekabrın 10-da Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Forumu keçiriləcək
Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 10-da Bakı Biznes Mərkəzində Biznes Forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Turan-a bildiriblər ki, forumun işində Səudiyyə Ərəbistanı Krallığının dövlət strukturlarının nümayəndələr, 50-dək iri şirkətin rəhbərləri iştirak edəcəklər.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 10 ayında Azərbaycandan Səudiyyə Ərəbistanına $44,4 min manatlıq mal ixrac edilib. Amma ixracat iki dəfə artıb. Səudiyyə Ərəbistanından ölkəyə $27 280 min manatlıq mal idxal olunub. Bu, ötən ilin eyni dövründəkindən 37% çoxdur.
Dövlətstatkoma görə, 2012-ci ildə Azərbaycan Səudiyyə Ərəbistanından $23,9 mln-luq mal idxal edib. Bunun 94%-i kimya məhsullarıdır (əsasən polietilen). 08D
-
- İqtisadiyyat
- 6 Dekabr 2013 15:57
-
- Siyasət
- 6 Dekabr 2013 16:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz