Dəmir Bankın xalis mənfəəti 11% azalıb
"Dəmir Bank" ASC 2013-cü ilin I yarısında vergi ödəniləndən sonra 2,102 mln manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründəkindən 11% azdır. Bankın gəlirləri 28,93 mln manat, xərcləri 26,83 mln manat olub. Onlar 17% və 20,2% artıb.
Yanvar-iyunda aktivlər 0,1% azalaraq 383,03 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 1,2% artaraq 276,79 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 336,79 mln-dan 334,92 mln manata azalıb. Depozit portfeli 4,2% genişlənərək 174,62 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 4,6% artaraq 138,52 mln manat olub.
Balans kapitalı 3,7% artaraq 48,11 mln manat, məcmu kapital 2,3% artaraq 57,22 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 21mln manat səviyyəsində qalıb. --15B--
-
- İqtisadiyyat
- 3 Sentyabr 2013 16:30
-
- Cəmiyyət
- 3 Sentyabr 2013 16:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz