DəmirBank bankomatlardan və POS terminallardan plastik kartı aktivləşdirmək imkanını tətbiq edib
“DəmirBank” ASC bankomatlar və POS terminallar vasitəsilə plastik kartı aktivləşdirmək imkanını tətbiq edib.
Bankdan verilən məlumata görə, müştəri bankomatda və POS terminalda kartla ilk əməliyyat zamanı PİN kodu yığdıqda kart dərhal aktivləşir.
Bu imkan bütün kartlara (virtual kartlar istisna) şamil olunub. Tətbiq edilən yenilik plastik kartlar sahəsində müştəri xidməti keyfiyyətinin artırılmasına xidmət edir, belə ki kartın aktivləşdirilməsi artıq avtomatik qaydada həyata keçirilir.
DəmirBank bankomatları vasitəsilə müştərilərdən həm də kredit ödənişlərini qəbul edir. Bunun üçün bankomatın mövcud “Xidmətlər” bölməsində, “Kredit ödənişləri”ni seçmək, sonra isə hesab nömrəsini, mobil telefon nömrəsini və ödəniləcək məbləği daxil etmək lazımdır. Ödənişləri həm DəmirBank-ın, həm də digər bankların plastik kartları ilə həyata keçirmək olar. Kredit ödəyərkən müştəridən heç bir komissiya haqqı tutulmur.
Qeyd edək ki, DəmirBank-ın ölkə üzrə 60-dək bankomatı var.—15D--
-
- İqtisadiyyat
- 10 Oktyabr 2013 15:05
-
- İqtisadiyyat
- 10 Oktyabr 2013 15:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz