«DəmirBank» borcalanlar üçün güzəşt və təkliflər paketi hazırlayıb
«DəmirBank» ASC dollar və manatla borcalanlar üçün güzəşt və təkliflər paketi hazırlayıb
Bank bildirir ki, bu addım müştərilərin dollarla olan öhdəliklərinin qaytarılması ilə bağlı çətinlikləri və bunun əsasında daxil olmuş müraciətləri nəzərə alınaraq atılıb.
Bankın təşəbbüsü yalnız istehlak və mikrokreditlərə, həm də yalnız dollarla yox, manatla kreditlərə şamil edilib.
ABŞ dolları ilə götürülmüş kreditlər üçün aşağıdakı güzəştlər nəzərdə tutulur:
1. Müştəri aylıq ödənişinin ən azı 60%-ı ödəyərsə, cərimə hesablanmır.
2. 29 fevral 2016-cı il tarixinədək müştərilər kredit qalığını vaxtından əvvəl tam bağlayarsa, ödənilən məbləğin 15%-i güzəşt olunur.
3. 20 000 ABŞ dollarınadək kreditləri olan müştərilərə aylıq ödənişi əvvəlki aylıq ödəniş həcmində qalmaqla, ümumi kredit qalığının illik 10% faiz dərəcəsi ilə restrukturizasiya edilməsi təklif olunur.
Manatla kreditlərə gəlincə, kreditin qalıq məbləğinin 20%-nin ödənilməsi şərtilə müddətin 1,5 mislinədək uzadılması da təklif olunur.
Güzəşt və təkliflər açıq kredit xətlərini də əhatə edir. —0—
-
- İqtisadiyyat
- 4 Fevral 2016 15:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz