Dənli bitkilərin əkin sahələri azalıb
Dekabrın 1-i üçün Azərbaycanda dənli bitkilərin əkin sahələri 806,6 min ha olub. Bu, ötən ilin eyni dövründəkindən 104,8 min ha və ya 11,5% azdır.
Hökumət buğda və çəltik əkənlərə başqalarından iki dəfə çox – hektara 80 manat ayırır. Kənd Təsərrüfatı Nazirliyinin araşdırmaları nəticəsində məlum olub ki, dövlət vəsaitlərini mənimsəmək üçün əkin sahələri süni olaraq şişirdilir. Təkcə bu il bu və başqa səbəblərdən yazlıq əkinlər də daxil dənli və dənli-paxlalı əkin sahələri 1035 mindən 990 min hektara düşüb.
Dekabrın əvvəli üçün 502,8 min ha və ya ötən ilin eyni dövründəkindən 104,5 min ha az buğda əkilib. Qalan 303,8 min ha arpaya ayrılıb.
Rəsmi məlumata görə, ölkənin taxıla tələbatının 40%-i (1,5 mln ton) idxal hesabına təmin edilir. Kənd Təsərrüfatı Nazirliyinin hesablamasına görə, 2014-cü ildə 604 min ha sahədən 1 446,5 min ton buğda yığılıb. Müətəxəssislərə görə, yerli buğdadan əsasən quşçuluq və heyvandarlıqda yem kimi istifadə edilir.
2013-cü ildə Azərbaycanda buğda və arpa ehtiyatı 5,8 mln ton olub, bunun 73,4%-i və ya 4 mln 260 min tondan istifadə edilib. İl ərzində itkilər 13,5% artaraq 300 min tona çatıb. 08D
-
- Siyasət
- 16 Dekabr 2014 14:34
-
- İqtisadiyyat
- 16 Dekabr 2014 15:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz