«Fitch Ratings» Azərbaycanın aparıcı banklarının reytinqini müəyyən edib
Beynəlxalq Fitch Ratings agentliyi iri yerli bankların (“Azərbaycan Beynəlxalq Bankı” ASC “BB” səviyyəsində, “Kapital Bank” ASC və “PashaBank” “B+” səviyyəsində) emitentinin uzunmuddətli defolt reytinqini təsdiq edib.
Press-reliz materiallarında deyilir ki, hər üç strukturun fəaliyyəti ilə bağlı proqnoz “stabildir”, bu zaman “Kapital Bank”ın sabitlik reytinqi “b” səviyyəsinə qaldırlıb. Ekspertlər gizlətmir ki, hökumətin maliyyə strukturları bağlı olan və hakimiyyətə yaxın adı çəkilən bankların sabitliyi və müsbət trendi dövlətin güclü iştirakı və Azərbaycan Dövlət Neft Şirkətinin böyük vəsaitlərinə əsaslanıb. Əks halda yerli iqtisadiyatın neftin dünya qiymətlərindən asılılığı bu təşkilatların şanslarını zəif və qeydi-müəyyən edərdi.
“Neft gəlirlərinin azalmasına baxmayaraq hökumətin siyasəti gözlənildiyi kimi nisbətən mülayim olacaq, buna görə də istisadi artım davam edəcək. Bununla belə, əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə qalsa, bu, qeyri-neft sektoru üçün əsas artım drayveri olan büdcə xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, həmçinin bank kreditləşməsinin və aktivlərin keyfiyyətinin dəstəklənməsinin azalmasına gətirib çıxara bilər”, - deyə press-relizdə qeyd edilir. --17D—
-
- İqtisadiyyat
- 16 Dekabr 2014 15:37
-
- İqtisadiyyat
- 16 Dekabr 2014 15:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz