Dərman ixracı 3,6 dəfə artıb
Azərbaycan bu ilin 3 rübündə 11 mln 883,2 min məbləğində dərman vasitələri (16,3 ton) və tibb ləvasimatı (40 ton) ixrac edib. Bu, ötən ilkindən 3,6 dəfə çoxdur, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
İxrac Qırğızıstan ($6 216,6 min), Gürcüstan ($5 117,6 min) və Belarusa ($100,8 min) həyata keçirilib.
Paradoksaldır, amma faktdır ki, dərman istehsalı məlumatları ixrac aktivliyi ilə uyuşmur. DSK-ya görə, bu ilin on ayında Azərbaycanda 2 mln 764,3 min manatlıq ($3 mln 265 min) bu maldan istehsal edilib.
Turan Dövlətstatkomda bu uyğunsuzluğu aydınlaşdırmaq istəsə də, orda aydın cavab verilməyib.
Ehtimal etmək olar ki, yerli müəssisələr vergidən yayınmaq üçün məhsul həcmini gizlədir. Gömrükdə onu «cibdə» gizləmək olmur.
DSK-ya görə, Azərbaycanda 8 hüquqi və 5 fiziki şəxs dərman vasitələri istehsal edir. 2013-cü ildə onlar 3,2 mln manatlıq mal istehsal edib. Bu, ötən ilkindən 1,5 mln manat çoxdur. Müqayisəli qiymətlərlə məhsul istehsalı 12,7% artıb. 2010-cu illə müqayisədə bu müəssisələrin əsas fondlarının qiyməti 3 dəfə artaraq ilin əvvəlində 5,3 mln manat olub.
Ölkənin əczaçılıq müəssisələrində 200 nəfər çalışır. Onlar ayda 355 manat alır. Bu, 2013-cü ilin yanvar-oktyabrındakından 11% çoxdur. 08B
-
- İqtisadiyyat
- 16 Dekabr 2014 15:45
-
- İqtisadiyyat
- 16 Dekabr 2014 15:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz