İqtisadiyyatda 2,2% artım olub
Bu ilin 11 ayında ölkədə 53,7 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 2,2% çoxdur, deyə Dövlətstatkom bildirir.
İlin əvvəlindən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,5 faiz artıb. Onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,9 faizdən 59,8 faizə yüksəlib. Bu il neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz az əlavə dəyər istehsal edilib.
Bir nəfərə ÜDM istehsalı 5710,7 manat ($7281,3) olub.
DSK-da Turan-a deyiblər ki, əsas makroiqtisadi göstərici hesablananda gizli iqtisadiyyat da nəzərə alınır. Rəsmi məlumata görə, onun həcmi 8% qiymətləndirilir.
ÜDM strukturunda istehsal sahələri 60,2%, xidmət sahələri 32,5% paya malikdir. Ümumi daxili məhsulun 42,6%-i sənayedə, 12,5%-i tikintidə, 5,1%-i kənd təsərrüfatında istehsal edilib. 08D
-
- İqtisadiyyat
- 16 Dekabr 2014 15:51
-
- İqtisadiyyat
- 16 Dekabr 2014 16:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz