Devalvasiya bankları xaricdən 3 mlrd cəlb etməyə məcbur edib
Fevral devalvasiyası bankların xarici öhdəliklərinə təsir edib. Yanvar-mayda xaricdən 3 mlrd 66 mln məbləğində kredit, valyuta ilə qiymətli kağızlar cəlb edilib.
AMB-nin hesabatına əsasən, mayın 1-i üçün xarici öhdəliklər müxtəlif istiqamətlərdə dəyişib – apreldə 207,6 mln manat azalıb (2,83%), ilin əvvəlindən 43% artaraq 7 mlrd 130,5 mln manata çatıb.
Daha çox xüsusi çəki xarici aktivlərin xeyrinədir. Onların həcmi 4 mlrd 996,9 mln manat təşkil edib (ilin əvvəlinə nisbətən +58,5%).
Bankların xarici öhdəliklərinə kreditlər, depozitlər və qeyri-rezidentlərin qiymətli kağıızları daxildir. --17D—
-
- İqtisadiyyat
- 11 İyun 2015 15:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz