- İqtisadiyyat
- 11 İyun 2015, 15:17
- 193
Fiziki şəxslərin manat əmanətləri yarıyacan azalıb
Fevral devalvasiyası əmanətçilərin banklara etimadını azaldıb. İlin 4 ayında fiziki şəxslərin manat əmanətləri yarıyacan azalaraq 2 mlrd 245,1 mln manat (mənfi 49,2%) olub.
Bu, ümumi əmanətlərin 29,1%-dir. Mayın 1-i üçün əmanələrin həcmi 7 mlrd 717,2 mln manat olub. Rezidentlər pullarını valyuta ilə saxlamağa üstünlük verir. Bu seqmentin 97,8% artımı (5 mlrd 472,2 mln manat və ya 70,9%) da bunu göstərir. 21 fevrala qədər nisbət manatın xeyrinə idi - 60% - 40%.
Əmanətçilərin əsas hissəsi rezidentləridir. Onların bank əmanətləri 6 mlrd 856,2 mln manat (+ 5,9%), qeyri-rezidentlərinki 861,1 mln manatdır (+20,3%).
Mayın 1-i üçün yerli bankların əmanət və depozit həcmi 18 mlrd 831,1 mln manat (+21,8%) olub. --17D—
-
- İqtisadiyyat
- 11 İyun 2015 14:48
-
- İqtisadiyyat
- 11 İyun 2015 15:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz