Birjadan kənarda iri əqd bağlanıb
Mayda fond bazarının birjadankənar seqmentində son 20 ayda ən iri əqd bağlanılıb.
Milli Depozit Mərkəzinin məlumatına görə, mayda birjadankənar səhm bazarının həcmi 43 əqd üzrə 52 mln 880 min manat olub. Bakı Fond Birjasının məlumatına görə, ötən ay qiymətli kağızların birjadankənar dövriyyəsi 50,6 mln manat təşkil edib. Bunun 50 mln 80 mini maliyyə şirkətlərinin payına düşür. QKDK-nın tələblərinə baxmayaraq, BFB konkret ad çəkmir. MDM və BFB-nin QK-ın birjadankənar dövriyyəsi barədə məlumatlarında fərq depozitara informasiyanın verildiyi vaxtla bağlıdır.
Bu ilin yanvar-mayında birjadankənar QK dövriyyəsi 58 mln 110 manat olub. Bu, 2014-cü ilin 5 ayındakından (9,9 mln manat) 5,8 dəfə çoxdur. Maraqlıdır ki, bu dövrdə BFB-da 2 mln 153,7 min manat məbləğində təkrar səhm dövriyyəsi olub.
MDM-in məlumatına görə, 5 ayda Azərbaycanda 222,1 mln manat məbləğində qiymətli kağızlar yerləşdirilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 1 mlrd 931 mln manat azdır.
2013-cü ilin oktyabrında birjadankənar bazarda dövriyyə 69,6 mln manat olub. Sonradan məluma olub ki, bunlar “Bank Technique”nın səhmləri olub. Yerli “World Vines” şirkəti səhmlərin 75%-i Lüksemburqun “Beaufort Investissements” şirkətinə satıb. Bu şirkətin rəhbəri həmin ölkənin vətəndaşı olan Frederik Leklerkqdir. 08B
-
- İqtisadiyyat
- 11 İyun 2015 15:17
-
- Cəmiyyət
- 11 İyun 2015 16:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz