atn-trans.com
Devalvasiya daşıyıcıların karına gəlib
2016-cı ilin yanvar-iyununda TRACECA dəhlizi ilə Azərbaycan ərazisindən yük daşımalarından 88,3 mln manat əldə edilib. Bu, ötən ilin eyni dövründəkindən 22,2 mln manat və ya 40% çoxdur.
Dövlətstatkomda Turan-a bildiriblər ki, yarım ildə ölkə ərazisindən tranzitlə 3 mln 567,6 min ton yük daşınıb. Bu, ötən ilin eyni dövründəkindən 30% azdır.
Dəmiryolçular və dənizçilərlə yük daşımaları üzrə hesablaşmalar xarici valyuta ilə həyata keçirilir, daha sonra daxilolmalar milli valyutaya – manata konvertasiya edilir. Yüksək məzənnə fərqinə görə yükdaşıyanlar yaxşı gəlir əldə edir. Ona görə də daşımaların azalmasına baxmayaraq, yük daşıyanların manatla ifadədə gəliri artıb. 08D
-
- Cəmiyyət
- 13 Avqust 2016 12:03
-
- İqtisadiyyat
- 13 Avqust 2016 13:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz