ecotechnica.com.ua
Elektrik enerjisi bahalanacaq
Asiya İnkişaf Bankı (AİB) enerji sektorunun sağlamlaşdırılması planının hazırlanması üçün $1,2 mln. məbləğində texniki yardımın ayrılmasını təsdiq edib. Bu barədə AİB-nin saytında məlumat verilir.
Dəstəkdə məqsəd elektrik enerjisinin tariflərinin bahalanması planıdır. Bundan sonra energetiklər öz xərclərini ödəyə biləcək.
Bu, elektrik enerjisinin istehsalı və paylanmasının real hesablanması, yeni tarifləri və elektrik enerjisinin istehsalı mənbələrini nəzərdə tutur. 2022-ci ilə kimi bu sahə tam sağlamlaşdırıla bilər. Plana texniki yardım çərçivəsində enerji sektorunun sağlamlaşdırılması üzrə yol xəritəsinin hazırlanması və 2022-ci ilə qədər xərclərin tam qaytarılmasının təminatı üçün tarifin tədricən artırılması; tarif islahatı barədə əhalinin məlumatlandırılma kampaniyasının aparılması; digər ölkələrin qabaqcıl təcrübəsinin araşdırılması və təşkilati strukturun möhkəmləndirilməsi daxildir.
AİB 1966-cı ildə yaradılıb. Bank Azərbaycanda 59 layihənin həyata keçirilməsi üçün $2 mlrd. 321,62 mln. vəsait ayırıb. Bundan əlavə, bank tərəfindən texniki yardımın göstərilməsi ilə bağlı 32 layihənin reallaşdırılmasına $22 mln. ayrılıb. --17D—
-
- İqtisadiyyat
- 13 Avqust 2016 13:50
-
- İqtisadiyyat
- 13 Avqust 2016 14:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz