Dolların məzənnəsi dəyişməyib, ancaq banklar valyuta satmır
Çərşənbə günü Azərbaycan Mərkəzi Bankı noyabrın 17-i üçün dolların məzənnəsini elan edib. Məzənnə əvvəlki - bir dollara görə 1,7039 manat səviyyəsində qalıb.
Turan məlumat verir ki, oktyabrın ortalarından dolların məzənnəsinin sürətlə artması fonunda daha çox kommersiya bankları Amerika valyutasının satışını dayandırır.
Belə ki, noyabrın 16-da 15-dək bank əhaliyə dollar və avro satmır ki, bu da “qara bazar”ın çiçəklənməsinə şərait yaradır.
Rəsmi məzənnə bir dollara görə 1,7039 manat olduğu halda banklar valyutanı 1,7720 manata satır, 1,7670 manata alır.
Eyni zamanda “qara bazar”da dollar 1,82 manata satılır, 1,81 manata alınır.
Ekspertlər proqnozlaşdırırlar ki, ilin sonunadək dolların rəsmi məzənnəsi 1,80-1,85 manat olacaq. –71D-
-
- Siyasət
- 16 Noyabr 2016 17:18
-
- İqtisadiyyat
- 17 Noyabr 2016 10:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz