Dosent Rəhimbəyli 15 min manata AİŞ-ə «kömək edəcək»
“Azərbaycan İnvestisiya Şirkəti” ASC oktyabrın 7-də Rafiq Rəhimbəyli ilə Bakıdan şimalda yerləşən üç rayonda kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi imkanlarının araşdırılması üzrə xidmət müqaviləsi bağlayıb.
AİŞ-in hüquq ekspertizası şöbəsinin mütəxəssisi İlkin Abdiyev Turan-a bildirib ki, investorlardan Xızı, Siyəzən, Şabran rayonlarında birgə layihələrin həyata keçirlməsi təklifləri gəlir. Ona görə bu regionun aqrar sektorunun perspektivinin analizi zərurəti yaranıb.
AİŞ-də qeyd ediblər ki, Rafiq Ürfət oğlu Rəhimbəyli Kənd Təsərrüfatı Nazirliyinin məsləhətçisidir. O, biologiya üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Dövlət Aqrar Universitetində aqrokimya üzrə əlavə təhsil alıb.
Kənd təsərrüfatı araşdırmaları 6 ay aparılacaq və dosent Rafiq Rəhimbəyli bu işə görə AİŞ-dən 15 min manat alacaq.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı ildə ARDNF-nin 160 mln manat vəsaiti ilə yaradılıb. AİŞ bir neçə şirkətin kapitalında 25%-dən çox olmayan paya malikdir. 08B
-
- İqtisadiyyat
- 13 Oktyabr 2016 13:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz