Dövlət 100 min manatdan imtina edib
Əmlak Məsələləri Dövlət Komitəsi Ceyranbatan Polimer Borular zavodunun (Abşeron) səhmlərinin 99,88%-i yenidən investisiya müsabiqəsinə çıxarıb. Ay ərzində dövlət büdcəsinə pul köçürülməsi üzrə tələb 100 000 manat azaldılıb.
İnvestorlara nominal qiyməti 961,7 min manat olan səhmlər təklif edilir. Müəssisəinin profilinin saxlanması müsabiqənin icbari şərti deyil.
Zavod 1988-ci ildə istismara verilib. Burda 20 nəfər çalışır. Onlar “Ceyranbatan Polimer Materialları” ASC-də 0,12% səhm sahibidir. Müsabiqə 29 avqustda olacaq.
Bu ilin I yarısında Azərbaycanda 19 mln manatlıq rezin və plastmass məmulatı istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 24,4% azdır. Həmçinin 8,3 min ton polimer boru istehsal olunub. Bu, 2013-cü ilin yanvar-iyunundakından 33,7% azdır. --08D—
-
- İqtisadiyyat
- 15 İyul 2014 17:14
-
- Siyasət
- 15 İyul 2014 18:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz