Dövlət sığorta şirkəti bazarın lideri olmaq istəmir
"Azərsığorta" şirkəti ilin I yarısında 18 mln 924,9 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +2,7%) mükafat yığıb.
Şirkət sədrinin birinci müavini Avtandil Hacıyevin sözlərinə görə, icbari növlər üzrə 17 mln 99,9 min manat, könüllü növlər üzrə 1 mln 825 min manat mükafat toplanıb.
Yanvar-iyunda şirkət 6 mln 635,8 min manat (+5,2%) sığorta ödənişi edib. Bunun 671,7 min manatı könüllü, 5 mln 964,1 min manatı icbari növlər üzrədir. İlin yekunu üçün şirkət 40 mln manat mükafat toplamağı planlaşdırır.
«Azərsığorta» ASC 1991-ci ildə yaradılıb. Nizamnamə kapitalı 7 mln manatdır. --17D—
-
- İqtisadiyyat
- 15 İyul 2014 16:32
-
- İqtisadiyyat
- 15 İyul 2014 17:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz