Dövlət 7000 baş iribuynuzlu mal-qara alır
“Aqrolizinq” ASC iribuynuzlu cins mal-qara alır, sonradan onları lizinqə verəcək.
İyunda dövlət başçısı 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan xaricdən damazlıq heyvanların idxalı üçün 13,3 milyon manat ayırıb. “Aqrolizinq” ASC bu vəsaitə 7 mindən çox baş mal-qara alacaq.
Hökumət özəl təsərrüfatların damazlıq mallarının yenilənməsinə 2009-cu ildən başlayıb. İlin əvvəlinə kimi bu məqsədlə 31 mln manat ayrılıb və 10 695 baş iribuynuzlu mal-qara alınıb.
“Aqrolizinq” ASC-də Turan-a deyiblər ki, mal-qaranı 300-dək təsərrüfta, əsasən iri heyvandarlıq kompleksləri alıb.
Qaydalara əsasən, dövlət mal-qaranın satınalma qiymətinin 50 faizini ödəyir. Müqavilə bağlananda təsərrüfat qalan 50%-i ödəyir. Lizinq müddəti 3 ildir. 08B
-
- Siyasət
- 11 Avqust 2014 15:41
-
- İqtisadiyyat
- 11 Avqust 2014 15:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz